Uşaqlar koronavirus infeksiyasının gizli daşıyıcılarıdır.
Bu iddia ilə Çin alimləri çıxış ediblər.
Məlumata görə, alimlər Quançjou şəhərində koronavirusun qeydə alındığı ailələrdə 2 yaşdan 15 yaşa qədər olan 745 uşağı müayinə ediblər. Analizlər nəticəsində bu uşaqlardan yalnız 10-da koronavirus qeydə alınıb.
Bununla belə, alimlər uşaqlarda koronavirusun aşkar simptomlarının olmadığını bəyan ediblər. Belə ki, uşaqlarda nə öskürək, nə 39 dərəcə temperatur, nə əzələ ağrısı, nə də zəiflik qeydə alınıb. Üstəlik, koronavirusun olduğu uşaqlarda böyüklərdən fərqli olaraq tənəffüs çətinliyi də müşahidə edilməyib.
Bu analizlərdən sonra alimlər bəzi uşaqların gizli koronavirus daşıyıcısı olduğunu deyiblər./axar.az