Dünyada koronavirusdan ölənlərin sayı 7 min 332 nəfərə çatıb. Virusa yoluxanlar 185 min 387, bu xəstəlikdən sağalanlar isə 79 min 930 nəfərdir.
Son 24 saatda dünyada koronavirusla bağlı baş verənləri təqdim edirik:
BMT Almaniyanın müxtəlif yerlərindəki 10 miqrant düşərgəsində virusun tapıldığını açıqlayıb;
Finlandiyada fövqəladə vəziyyət elan edilib;
İranda son 24 saatda virusdan ölənlərin sayı 135 nəfərə çatıb. Beləliklə, koronavirusdan həyatını itirənlərin sayı 988 nəfər olub. Virusa yoluxanlar 14 min 991 nəfərdən 16 min 169 nəfərə yüksəlib. Bununla yanaşı, "spirtli içki koronavirusun qarşısını alır” fikri ilə alkoqol qəbul edənlərdən 159-u zəhərlənərək ölüb;
İspaniya Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin 491, xəstələnlərin isə 11 min 178 nəfərə çatdığını açıqlayıb;
İordaniyada insanların evdən çıxması qadağan edilib;
Koronavirus Ümumdünya Səhiyyə Təşkilatına da çatıb. ÜST-ün sözçüsü Kristian Lindmayer iki əməkdaşlarının virusa yoluxduğunu açıqlayıb;
Malayziya və Pakistanda ilk ölüm faktı qeydə alınıb;
Qazaxıstanda virusa yoluxanların sayı 27-yə çatıb;
Fransada ölənlərin sayı 127 nəfərə çatıb, ölkədə fövqəladə vəziyyət elan olunub;
ABŞ-da ölənlərin sayı 93-ə, virusa yoluxanların sayı isə 7 min 727-ə yüksəlib. Müdafiə naziri Mark Esper və nazirin köməkçisi David Norquist koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.