ABŞ Dövlət katibi Mayk Pompeo ilə İraq Baş naziri Adil Əbdülmehdi arasında telefon danışığı baş tutub.
Bu bəyanatı ABŞ Dövlət Departamenti yayıb.
Tərəflər arasında əsas müzakirə mövzusu ABŞ-ın İraqdakı bazalarına hücum məsələsi olub. Pompeo İraq hakimiyyətinin ABŞ bazalarının və əsgərlərinin qorunması məsələsində daha diqqətli olması gərəkdiyini söyləyib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın İraqdakı bazası iki dəfə raket zərbələrinə məruz qalıb. Nəticədə 3 ABŞ hərbçisi həlak olub./axar.az