Xəzər Xəbər

Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi

Dünya | 16:40 • 17 Mart 2020
Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi

Ekvador Prezidenti Lenin Moreno ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Buna səbəb koronavirus infeksiyası COVID-19-un yayılmasıdır.

"Mən ölkədə fövqəladə vəziyyət rejimi elan edirəm”, – deyə Ekvador Prezidenti bildirib.
Moreno tibb, hüquq-mühafizə və xilasetmə xidmətləri istisna olmaqla, bütün dövlət xidmətlərinin bağlanacağını deyib.

Qeyd edək ki, bundan əvvəl Venesuela lideri Nikolas Maduro COVID-19-ın yayılmasına qarşı mübarizə aparmaq üçün bütün ölkə ərazisində karantin tətbiq etmişdi./Teleqraf

Xəbər lenti

Çox oxunanlar