Xəzər Xəbər

Prezidentdən maraqlı koronavirus tövsiyəsi – Araq, sauna...

Dünya | 16:12 • 17 Mart 2020
Prezidentdən maraqlı koronavirus tövsiyəsi

Belarus Prezidenti Aleksandr Lukaşenkonun koronavirusla bağlı tövsiyələri maraqla qarşılanıb.

Belarus lideri tez-tez əlləri yumağı, vaxtında səhər yeməyi yeməyi, nahar və şam etməyi məsləhət görüb.

"Özüm spirtli içki içən deyiləm, amma son zamanlar zarafatyana deyirəm ki, araq yalnız əlləri yumaq üçün lazım deyil. Bu virusu zəhərləmək üçün gündə 40-50 qram alkoqol qəbul etmək olar. Amma iş yerində yox”, - deyə Lukaşenko qeyd edib.

Belarus Prezidenti həmçinin insanlara sağlamlıq arzulayıb və saunaya getməyi tövsiyə edib: "Həftədə 2-3 dəfə getmək faydalıdır”./Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar