Xəzər Xəbər

Pakistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Dünya | 14:55 • 17 Mart 2020
Pakistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Pakistanın Pəncab əyalətində koronavirusdan birinci ölüm faktı qeydə alınıb.

Pakistan mətbuatı xəbər verir ki, bu barədə jurnalistlərə Pəncab əyalətinin Səhiyyə naziri Yasmin Raşid məlumat verib. O deyib ki, İrandan gələn ölkə vətəndaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi, onu xilas etmək mümkün olmadı.

Nazir bildirib ki, Pəncab əyalətində bu virusa altı nəfər yoluxub.

Ümumiyyətlə Pakistanda koronavirusa yoluxanların sayı 195 nəfərə çatıb. Ölkədə isə ən çox bu virusa yoluxanlar Sind əyalətinin payına düşür. Bu əyalətdə xəstəliyə tutulanların sayı 100-ə çatıb.

Xəbər lenti