Xəzər Xəbər

ÜST-ün əməkdaşları koronavirusa yoluxdu

Dünya | 15:26 • 17 Mart 2020
ÜST-ün əməkdaşları koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.

Bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib.

"Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. 2 əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, - o qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 184 000-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 182 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)

Xəbər lenti

Çox oxunanlar