Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 34 nəfərə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.
Bildirilib ki, ötən gün virusdan sağalan yerli azərbaycanlı isə evə buraxılıb.
Hazırda Gürcüstanda 1008 nəfər karantində, 64 nəfər stasionar nəzarətdə saxlanılır.