Xəzər Xəbər

İranda virusa yoluxanların sayı 15 min, ölənlərin sayı isə 900 çatıb

Dünya | 14:18 • 17 Mart 2020
İranda virusa yoluxanların sayı 15 min, ölənlərin sayı isə 900 çatıb

İran xəstəxanalarında quraşdırılmış avadanlıqlar vasitəsilə 14 milyon nəfər testdən keçirilib və koronavirusa yoluxanlar müəyyən edilərək xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı İranın Səhiyyə naziri Səid Nemaki bəyan edim. O bildirib ki, İranda virusa yoluxanların sayı 15 min, ölənlərin sayı isə 900 çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 5 mindən çox insan sağalaraq evə buraxılıb.

İran alimləri Əhvaz Universitetində koronavirusa qarşı vaksin üzərində iş aparırlar. Universitetdən verilən məlumatlara görə sanksiyalar elmi araşdırmalara əngəl törədir. Lazım olan bəzi tibbi preparatları İrana gətirmək mümkün olmur.

Prezident Həsən Ruhani xalqa müraciətində İranın çətin günlər yaşadığını bildirərək vətəndaşları təşvişə düşməməyə çağırıb. Virusdan ölənlərin ailələrinə baş sağlığı verən Prezident İran xalqının bu ağır günlərdən qürurla çıxacağını bildirib.

Yaponiyanın Xarici İşlər naziri Moteqi Tomiçimo bəyan edib ki, ölkəsi İrana 23,5 milyon dollar həcmində yardım ediləcək. Bununla yanaşı İrana lazım olan tibbi avadanlıqlar və texnologiya da göndəriləcək ki, virus ilə mübarizə tədbirləri daha da səmərəli olsun.

Hələlik isə İranın böyük şəhərlərində dezinfeksiya işləri davam etdirilir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar