Yeni tip koronavirusun ABŞ-da nəzarət altına alınması iyul və ya avqust aylarına qədər çəkə bilər.
Bunu Prezident Donald Tramp deyib.
Ağ evdə Kovid-19 pandemiyası ilə mübarizə çərçivəsində mətbuat konfransı keçirən prezident növbəti 15 gün üçün xalqın əməl etməsi vacib olan tədbirlər planını yayımladıqlarını açıqlayıb: "Virusla mübarizə apararkən onun yayılması və yoluxmanın qarşısını almaqda hamımızın rolu var. Gənc və sağlam insanlar üçün koronavirusun ölüm təhlükəsi olmasa da, virusun yayılmasında onların payı ola bilər. Buna görə də diqqətli hərəkət edilməlidir. 10-dan artıq adamın bir yerdə olması tövsiyə edilmir. Bar, restoran, yemək məkanlarından uzaq qalmağa və mümkün qədər səyahət etməməyə çalışın”.
Tramp Kovid-19-a qarşı tarixdə ən sürətli peyvənd sınağının keçirildiyini bildirib. O qeyd edib ki, küçəyə çıxmaq qadağası haqqında ideyaları yoxdur./publika.az