Almaniyanın Köln şəhərində klinikalar üçün nəzərdə tutulmuş 50 minə yaxın qoruyucu maska oğurlanıb.
"Deutsche Welle"nin verdiyi xəbərə görə, oğurluq hadisəsindən sonra şəhərin böhran idarəetmə qrupu təcili olaraq klinikalar və təcili yardım xidmətləri üçün lazım olan qoruyucu vasitələrin bütün ehtiyatlarının təmin edilməsi və yoxlanılması üçün hərəkətə keçib.