ABŞ-da koronavirusa yoluxma faktının çoxalması insanlarda ağlagəlməz təşviş yaradıb.
XəzərXəbər xəbər verir ki, çox sayda insan silah mağazalarına üz tutub.
"Los Angeles Times” qəzetinin məlumatına görə, Kaliforniya, Vaşinqton və Nyu-York başda olmaqla, virusun ən çox təsirində qalan ştatlarda silah-sursat satışlarında sürətli artım qeydə alınıb.
Qəzet silah satışlarındakı artımın epidemiyanın yayılmadığı bölgələrdə belə başlandığını qeyd edərək koronavirusa görə ictimai asayişin pozulacağından, hökumətin silah satışlarına məhdudiyyət qoyacağından təşvişə düşən amerikalıların ölkə miqyasında silah depolamağa başladığını yazıb./Publika.az