Xəzər Xəbər

Koronavirusa qarşı effektli olan iki dərmanın adı AÇIQLANDI

Dünya | 14:21 • 17 Mart 2020
Koronavirusa qarşı effektli olan

Avstraliyada epidemiya xəstəlikləri üzrə mütəxəssis olan bir qrup həkim koronavirusla mübarizədə effektli olan iki dərmanın adını açıqlayıb.

Türkiyənin NTV televiziyası xəbər verir ki, həmin preparatlardan biri immun çatışmazlığı sindromunda istifadə olunan dərmandır. Digəri isə ağcaqanad mənşəli xəstəliklərə qarşı müqavimətin artırılması üçün istifadə olunan "xlorokin” preparatıdır.

Qeyd edək ki, həkimlər uzun müddətdir "xlorokin” preparatına müraciət etmirdi. Elm adamları bildirir ki, bu dərmanları koronavirusa qarşı müalicə üsulu kimi qəbul etmək doğru deyil. Mütəxəssislərin sözlərinə görə, həkim məsləhəti olmadan qətiyyən bu dərmanlara müraciət etmək olmaz.

Elm adamları qeyd edib ki, həmin preparatlar xüsusi müşahidə altında bəzi koronavirus xəstələrinə tətbiq edilib və onlar sağalıb:

"Avstraliyada ilk koronaviorus xəstələri bu iki dərmanın birləşməsi nəticəsində əmələ gələn təsirdən sağaldı. Bu effektli üsuldur. Təcili olaraq müvafiq dairələr bu istiqamətdə təcrübələrə başlamalıdır”.

publika.az

Xəbər lenti

Çox oxunanlar