Ukrayna Ali Radası ölkənin Baş prokuroru vəzifəsinə İrina Venediktovanı təyin edib.
Ali Radanın 269 deputatı onun lehinə səs verib.
Ukrayna Prezidenti Vladimir Zelenski iclasdakı çıxışında Baş prokuror vəzifəsinə İ.Venediktovanı təklif edərək deyib: "O, tanınmış hüquqşünas, hüquq elmləri doktorudur. Hesab edirəm ki, onun peşəkarlığı və təcrübəsi prokurorluq orqanlarının sabit fəaliyyətinə, korrupsiyaya qarşı səmərəli mübarizəyə töhfə verəcək”.
Sonra yeni Baş prokuror deputatlar qarşısında çıxış edib.
Qeyd edək ki, İ.Venediktova Ukrayna tarixində ilk qadın Baş prokurordur.