Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib.
Bu barədə səfirlik "Facebook" səhifəsində məlumat yayıb.
"COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək. Səfirlik martın 29-dək bağlı olacaq. Hər hansı bir sualınız olarsa,consulate.azerbaijan@mfa.gov.lvelektron poçt ünvanına göndərin", - deyə səfirliyin məlumatında qeyd edilib.