Koronavirusa görə Kişineu Beynəlxalq Aeroportu bu gündən fəaliyyətini dayandırıb.
Moldovaya bütün beynəlxalq uçuşlar dayandırılıb. Məhdudiyyət martın 31-dək qüvvədə olacaq.
Bu gündən Moldovaya diplomatlar istisna olmaqla, xarici vətəndaşların girişinə də qadağa qoyulub.
Xatırladaq ki, Moldovada koronavirusa yoluxma halları İtaliyadan qayıdan vətəndaşlarda aşkarlanıb. Moldovada bununla bağlı "narıncı təhlükə” kodu elan edilib və kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. (AZƏRTAC)