Xəzər Xəbər

Yaponiya İrana 23 milyon dollar ayırdı

Dünya | 12:35 • 17 Mart 2020
Yaponiya İrana 23 milyon dollar ayırdı

Yaponiya hökuməti koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün İrana 23,5 milyon dollar ayırmaq qərarı verib.

Bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi bildirib

O vurğulayıb ki, İranda xəstəliyə yoluxanların sayı 15 min nəfərə yaxınlaşır ki, bu da Çin və İtaliyadan sonra üçüncü ən böyük göstəricidir.

"Virusun yayılması bütün beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur”,- deyə nazir qeyd edib.

Qeyd edək ki, son məlumatlara görə, İranda koronavirusa yoluxanların sayı 14,991-ə çatıb. Onlardan 853-ü ölümlə nəticələnib.

Xəbər lenti