Xəzər Xəbər

Braziliyada koronavirus üsyanı: mindən çox məhkum qaçdı

Dünya | 12:15 • 17 Mart 2020
Braziliyada koronavirus üsyanı:

Braziliyada koronavirusa qarşı görülən tədbirlər səbəbindən bəzi həbsxanalarda qiyam baş verib və müxtəlif şəhərlərdəki həbsxanalardan təxminən 1350 məhbus qaçıb.

Türkiyə mətbuatı xəbər verir ki, ölkənin cənubundakı Monqaqua, Trimimbə, Mirandopolis və Porto Feliz şəhərlərindəki yarıaçıq həbsxanalarda COVİD-19-ın yayılmasına qarşı ziyarətlərin və müvəqqəti çıxışların məhdudlaşdırılması kimi tədbirlər səbəbiylə üsyan baş verib.

Nəticədə Monqaqua şəhərindən təxminən 400 məhkum qaçıb.

Digər şəhərlərdən də 926, 30 məhbus qaçıb.

Qaçan məhkumların yalnız 41-ni tutmaq mümkün olub.

Xəbər lenti

Çox oxunanlar