Xəzər Xəbər

Koronovirusla əlaqədar 640 Özbəkistan vətəndaşı karantindədir

Dünya | 11:28 • 17 Mart 2020
Koronovirusla əlaqədar 640 Özbəkistan vətəndaşı karantindədir

Koronavirusla əlaqədar 640 Özbəkistan vətəndaşı xəstəxana şəraitində, 5 min 600 nəfər isə ev karantinindədir.

Bu haqda Özbəkistanın Səhiyyə naziri Əlişir Şadmanov "Uzbekistan 24” kanalına müsahibəsində bildirib.

Nazir deyib ki, Özbəkistanda 8 nəfərdə koronavirus aşkar edilib, onların vəziyyəti sabitdir, xəstəliyin aqressivləşməsi qeydə alınmayıb. Bu yaxşı haldır.

Ə.Şadmanov vurğulayıb ki, Özbəkistan hakimiyyəti koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirləri görür.

Nazir deyib ki, ölkədə karantin elan olunması ilə əlaqədar Özbəkistan xarici ölkələrlə aviasiya və avtomobil yolunu tam bağlayıb, məktəb, universitet və uşaq bağçalarının fəaliyyəti dayandırılıb, xarici turistlərin ölkəyə gəlməsinə qadağa qoyulub.

Xəbər lenti

Çox oxunanlar