Bu ilin fevral ayında Çində işsizliyin səviyyəsi müşahidələr tarixində ilk dəfə 6,2%-ə çatıb.
CNBC-nin verdiyi məlumata görə, bu barədə Çinin Milli Statistika Bürosunun açıqlamasında deyilir.
Cari ilin yanvarında bu göstərici 5,3%, ötən ilin dekabrında isə 5,2% səviyyəsində olub.
"Bu, olduqca böyük əhəmiyyət kəsb edir, çünki son iki ayda 5 milyondan çox insan işini itirib", - deyə Avstraliyanın "Macquarie” investisiya bankının Çin üzrə baş iqtisadçısı Larri Hu bildirib.
Çin hökumətinin məlumatına görə, ötən ilin sonunda şəhər yerlərində 442,47 mln. insan işlə məşğul idi. Bu göstəricilərə əsasən, ölkədə ən azı 4,67 mln. insan işsiz qalıb.