Gürcüstanda koronavirus pandemiyasına görə cümə namazları müvəqqəti qılınmayacaq.
Bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib.
O bildirib ki, bir qrup ruhaninin iştirak etdiyi Dini Elmi Heyət üzvləri bununla bağlı müvafiq qərar qəbul ediblər.
"Koronavirusun ictimai məkanlarda insandan-insana sürətlə yayılmasını nəzərə alaraq cümə namazları müvəqqəti qılınmayacaq", - deyə o vurğulayıb.
R. İgidov bu müddətdə məscidə gələnlərə özləri ilə şəxsi möhür və təsbehlər, imkan daxilində kiçik canamazlar gətirərək onlardan istifadə etmələrini tövsiyə edib. (APA)