Fransada 24 saat ərzində COVID-19 virusuna yoluxanların sayı 1210, ölənlərin sayı isə 21 nəfər olub.
Xezerxeber.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı isə 6633-ə, ölənlərin sayı 148-ə çatıb.
Ölkənin Şərqində koronavirus daha sürətlə yayılıb və 1543 yoluxma halı qeydə alınıb. Elzas regionunda acınacaqlı vəziyyət yaranıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanüel Makron martın 16 -da televiziya vasitəsilə xalqa müraciət edərək yeni ciddi qaydaları bəyan edib. Yeni qaydalara əsasən, martın 17-dən yerli vaxtla saat 12:00-dan etibarən əhaliyə evdən çıxmamaq bildirilib. Sosial kontaktlar qadağan olunub və bu qaydaya riayət etməyənlərin cəzalandırılacağı diqqətə çatdırılıb. Eyni zamanda, martın 17-dən etibarən sərhədlərin bağlanacağı, ölkə daxilində gediş-gəlişin tamamilə məhdudlaşdırılacağı bildirilib.
Sabah Senatda təsdiqləndikdən sonra bu qaydaların daha da dəqiqləşdiriləcəyi və ən azında 15 gün davam edəcəyi, ordunun səfərbər olunacağı diqqətə çatdırılıb.