"Ermənistanda son gündə 17 yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib”.
Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Facebook hesabında bildirib.
Qeyd edib ki, ölkədə ümumi yoluxanların sayı 45-ə çatıb.