Fransada koronavirusa yoluxanların ümumi sayı 6,6 mini keçib, onlardan 148 nəfəri ölüb.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Agentliyi məlumat yayıb.
Son bir gündə yoluxanların sayı 1210, ölənlərin sayı isə 21 nəfər olub.
İtaliyada isə koronavirus qurbanlarının sayı 2158-ə çatıb.
RİA Novosti-nin məlumatına görə, bu barədə ölkənin Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli deyib. Son sutka ərzində İtaliyada 349 nəfər koronavirusdan dünyasını dəyişib.