Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranda koronavirusa qarşı mübarizədə istifadə etmək məqsədilə Tehrana təyyarə ilə tibbi ləvazimat göndərib.
Xezerxeber.az xəbər verir ki, martın 16-da Əbu-Dabi aeroprtundan yola salınan təyyarədə tibbi maska, əlcək və dezinfeksiya maddələri olan 7,5 ton yük olub.
BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq naziri Reem bint İbrahim Əl Haşemi bildirib ki, bundan əvvəl, martın 3-də də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə İrana tibbi ləvazimat olan yük təyyarəsi göndərilib. O əlavə edib ki, bu yardımlar COVID-19 virusunun bütün regionda yayılmasının qarşısını almaq məqsədilə ilə təşkil edilib. Nazirin sözlərinə görə, BƏƏ martın əvvəlində Çinə və Əfqanıstana da tibbi ləvazimatlarla yardım edib.
İrana yardım aparan təyyarədə yerli həkimlərə kömək etmək üçün ÜST-nin beş nəfər eksperti də var.