İranda yeni tip koronavirusdan ölənlərin sayı 853-ə çatıb.
Son 24 saat ərzində 129 nəfər dünyasını dəyişib.
İran Dövlət Televiziyasının xəbərinə görə, Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Kiyanuş Cihanpur yoluxma faktının 1053 vahid artaraq 14 min 991-ə çatdığını bildirib.
O, 4 min 996 nəfərin müalicəsinin tamamlandığını qeyd edib./Publika.az