Xəzər Xəbər

Ukrayna xarici vətəndaşlara sərhədlərini bağladı

Dünya | 17:33 • 16 Mart 2020
Ukrayna xarici vətəndaşlara sərhədlərini bağladı

Ukraynada koronavirus səbəbi ilə əcnəbilər üçün iki həftəlik ölkə sərhədlərini bağlamaq qərarı verilib.

Ukrayna mediasının məlumatına görə, 16 mart saat 00:00-dan tətbiq olunmağa başlayan məhdudiyyətlərin müddəti uzadıla bilər.

Yerli vətəndaşlarla yanaşı, Ukraynada daimi və ya müvəqqəti yaşamaq hüququ olan insanlar, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, konsulluqların akkreditasiyadan keçmiş əməkdaşları ölkəyə daxil ola bilərlər./oxu.az

Xəbər lenti

Çox oxunanlar