İsrail hökuməti bütün xarici turistlərin otellərdə qalması və ilk imkanda ölkəni tərk etmələri haqqında sərəncam verib.
Bu məlumatı İsrailin Turizm Nazirliyi yayıb.
Qeyd edək ki, İsraildə martın 14-dən əyləncə mərkəzləri, uşaq bağçaları və məktəblər bağlanıb. Üstəlik, qapalı məkanda 10 nəfərdən artıq adamın qalması qadağan edilib./axar.az