Xəzər Xəbər

Koronavirusu denqe qızdırması ilə nə bağlayır? ARAŞDIRMA

Dünya | 12:07 • 10 Mart 2020
Koronavirusu denqe qızdırması ilə nə bağlayır?

Sinqapur alimləri COVID-19-un yeni simptomlarını aşkar edib.

Bu barədə "The Straits Times” məlumat yayıb.

Bu simptomların xəstədə denqe qızdırmasının olması ilə bağlı səhv təsəvvür meydana gətirdiyi ifadə edilib. Koronavirusa yoluxmuş xəstədə qaşınma, səpki və hərarət ola bilər. Bu vəziyyətdə COVID-19 üçün xarakterik olan simptomlar iştirak etməyəcək.

Tədqiqatçıların fikrincə, denqe qızdırmasında hətta analizlər bəzən yanlış müsbət nəticələr göstərə bilər. Odur ki, mütəxəssislər həkimləri koronavirus diaqnozuna ciddi yanaşmağa dəvət edib. Vurğulanıb ki, düzgün olmayan müalicə həm xəstənin, həm də başqalarının həyatını təhdid edir.

Hərarət, halsızlıq və bəlğəmli öskürək isə yeni tip virusun əsas əlamətləri olmağa davam edir.

ABŞ-ın Cons Hopkins Universitetinin layihəsində əldə edilən son məlumatlara görə, dünyada 113 mindən çox koronavirus infeksiyası yayılıb, bunun təqribən 80,7 mini Çində qeydə alınıb. Dünyada 4024 nəfər yoluxma qurbanı olub, 64 mindən çoxu isə sağalıb./publika.az

Xəbər lenti

Çox oxunanlar