Xəzər Xəbər

Xamenei koronavirusa görə Novruz çıxışından imtina etdi

Dünya | 11:05 • 10 Mart 2020
Xamenei koronavirusa görə Novruz çıxışından imtina etdi

İranın Ali dini lideri Əli Xamenei Ay təqviminə əsasən baş tutacaq yeni ildə ənənəvi bayram nitqini söyləməkdən imtina edib.

Bu barədə məlumatı Xameneinin ofisi yayıb. Xamenei ənənəvi çıxışından koronavirus təhlükəsi ilə əlaqədar imtina edib.

Xameneinin bayram nitqi bu il martın 19-da, Məşhədin İmam Rza məscidində olmalıydı./axar.az

Xəbər lenti

Çox oxunanlar