Xəzər Xəbər

Trampın koronavirusa yoluxması iddialarına RƏSMİ CAVAB

Dünya | 10:38 • 10 Mart 2020
Trampın koronavirusa yoluxması iddialarına

ABŞ Prezidenti Donald Tramp yeni tip koronavirusa görə analiz verməyib.

Bu barədə Ağ Evin mətbuat katibi Stefanie Qrişam danışıb.

Sözçü bildirib ki, Trampın analiz verməyi üçün səbəb yoxdur: "Tramp analiz vermədi, çünki nə koronavirus daşıyıcısı olan xəstələrlə uzun müddət təmasda oldu, nə də özündə hər hansı simptom aşkarlandı. Prezidentin sağlamlıq vəziyyəti yaxşıdır və özəl həkimi onun səhhətini yaxından izləyir”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Mayk Pens və Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun qatıldığı toplantılarda koronavirusa yoluxma faktı aşkarlanmışdı./publika.az

Xəbər lenti

Çox oxunanlar