Xəzər Xəbər

Malayziya hökumətinin yeni tərkibi təsdiq olunub

Dünya | 17:12 • 9 Mart 2020
Malayziya hökumətinin yeni tərkibi təsdiq olunub

Martın 9-da Malayziya Kralı Abdulla Riayyatuddin Əl-Mustafa Billah yeni hökumətin tərkibini təsdiq edib.


Bu barədə Bernama agentliyi məlumat yayıb. Bildirilir ki, Malayziyanın yeni Baş Naziri Muhiddin Yassin yeni nazirlərin siyahısını Krala təqdim edib. Nazirlər Kabinetinin yeni tərkibində Baş nazirin müavinləri vəzifələrinin ləğv edildiyi, əvəzində müxtəlif sahələri, o cümlədən iqtisadiyyat, maliyyə, müdafiə və sosial bloku kurasiya edən böyük nazir vəzifələri təsis edildiyi də qeyd edilir.


Xatırladaq ki, Malayziyada ilk dəfə olaraq Muhiddin Yassin Baş Nazir vəzifəsinə Kral tərəfindən təyin edilib. Buna qədər Malayziyada hökumət başçısı vəzifəsini ümumi seçkilərdən sonra parlamentdə ən çox yer əldə edən partiyanın lideri tuturdu. 2018-ci ilin mayında keçirilmiş seçkilərdə Mahathir Məhəmmədin rəhbərlik etdiyi "Ümid alyansı” qalib gəlib. Lakin fevralın 24-də alyansın tərkibndə yaranan fikir ayrılığı nəticəsində M.Mahathir istefa verib.

Kral Parlamentin 222 deputatının hər biri ilə ayrılıqda məsləhətləşmələr apardıqdan sonra fevralın 29-da Muhiddin Yassini Baş Nazir təyin edib. Həmin gün M.Mahathir onu dəstəkləyən 115 deputatın siyahısını ictimaiyyətə təqdim edib. Beləliklə, parlamentdə lazımi üstünlüyə malik olmayan Muhiddin Yassinin təşəbbüsslərini həyata keçirməsi zamanı çətinliklərlə qarşılaşacağı gözlənilir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar