Xəzər Xəbər

Türkiyə həbsxanalarında peşə məktəbləri fəaliyyət göstərəcək

Dünya | 15:42 • 9 Mart 2020
Türkiyə həbsxanalarında peşə məktəbləri fəaliyyət göstərəcək

Türkiyədə ilk dəfə olaraq həbsxanalarda peşə məktəbləri fəaliyyət göstərəcək. Təhsil və peşə öyrənməyin insan haqlarının təməl prinsipləri sırasında vacib amil kimi dəyərləndirən hökumət bu iki hüququ məhkum və məhbuslar üçün də təmin etməyə başlayıb.


Bu layihənin həyata keçirilməsi üçün ədliyyə və milli təhsil nazirlikləri arasında "Təhsil və peşə iş birliyi” protokolu imzalanıb. Protokolun şərtlərinə görə, cəza evlərində ümumilikdə 309 peşə məktəbi qurulacaq. Bildirilir ki, hazırda Türkiyə həbsxanalarında ümumilikdə 58 min nəfər təhsil xidmətlərindən istifadə edir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar