Xəzər Xəbər

Yaponiya Şimali Koreyanın növbəti raket sınağı ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Dünya | 14:43 • 9 Mart 2020
Yaponiya Şimali Koreyanın növbəti raket sınağı ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Yaponiya hökumətinin yaydığı məlumata görə, martın 9-da səhər saatlarında Şimali Koreya tərəfindən ballistik raketlərin növbəti sınağı keçirilib.


Rəsmi mənbələrin bildirdiyinə görə, Yapon dənizi istiqamətində buraxılan raketlər Yaponiyanın məxsus iqtisadi zonadan kənarda dənizə düşüb.


Şimali Koreyanın həmin raketləri ölkənin şərq sahillərindən səhər saat 7:34 və 7:35 radələrində buraxdığı bildirilir.


Rəsmi mənbələrə əsasən, şimal-şərq istiqamətində uçan həmin obyektlər 100-200 kilometrarası məsafəni dəf edərək, təqribən 7:36 və 7:39 radələrində Yapon dənizinə düşüb.

Sınaqlar nəticəsində dəniz və hava nəqliyyatı vasitələrinə hər hansı bir ziyanın dəyməsi barədə məlumat daxil olmayıb.


Bununla əlaqədar Yaponiya hökumətinin Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcəyi və müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edəcəyi gözlənilir.


Hazırda Baş Nazirin iqamətgahı yanında fəaliyyət göstərən xüsusi qərargahın hadisə ilə bağlı bütün məlumatları topladığı qeyd edilir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar