Xəzər Xəbər

Köçəryan koronavirusa yoluxub? Xəstəxanalıq oldu

Dünya | 14:31 • 9 Mart 2020
Köçəryan koronavirusa yoluxub?

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan xəstəxayana yerləşdirilib.

Məlumatda keçmiş prezidentin qan təzyiqinin kəskin dəyişməsi və səhhətinin pisləşməsi səbəbindən istintaq təcridxanasından xəstəxanaya aparıldığı bildirilib.

Hələlik müalicənin xarakteri ilə bağlı qərar cəmiyyətə açıqlanmayıb.

Köçəryanın hansı xəstəlikdən əziyyət çəkdiyi də bilinmir. Bu isə həbsdə olan sabiq dövlət başçısının ölümcül xəstəliyə yoluxması barədə iddianın yayılmasına yol açıb.

Ən ilginc iddia isə onun koronavirusa yoluxması barədədir.

Əlavə edək ki, Robert Köçəryan ötən il oktyabrın 9-da əməliyyat edilib./teleqraf

Xəbər lenti