Xəzər Xəbər

Kritik qərar: İran parlamenti təcili toplanır

Dünya | 13:45 • 9 Mart 2020
Kritik qərar:

Yeni tip koronavirusa (Kovid-19) qarşı tədbirlər çərçivəsində İran parlamentinin fövqəladə iclası keçiriləcək.

Bu barədə İran parlamentinin Səhiyyə komitəsinin sədri Məhəmməd Hüseyn Qurbani açıqlama verib.

Qurbani iclasın bu gün keçiriləcəyini bildirib.

İclas parlamentin spikeri Əli Laricani və səhiyyə naziri Səid Nəməkinin sədrliyi ilə keçiriləcək.

Qurbani iclasda koronavirusa qarşı mübarizədə görülən tədbirlərin müzakirə ediləcəyini deyib.

İranda bu günədək koronavirusdan 200-dən çox insanın həyatını itirdiyi bildirilir./teleqraf

Xəbər lenti