Xəzər Xəbər

Həbib Konorla revanş döyüşünə hazırdır AMMA BİR ŞƏRTLƏ...

Dünya | 12:50 • 9 Mart 2020
Həbib Konorla revanş döyüşünə hazırdır

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovirlandiyalı döyüşçü Konor Makqreqorla revanş döyüşünə yalnız bir şərtlə razı olduğunu deyib.

XəzərXəbər oxu.az-a istinadənxəbər verir ki, Həbibin meneceri Əli Abdel-Əziz "BJ Penn”ə açıqlamasında deyib ki, Həbib Toni Ferqyusonu, Konor Castin Getjini məğlub edə bilsə, onlar revanş döyüşünə çıxa bilərlər.

Xatırladaq ki, Həbiblə Ferqyuson arasında döyüş aprelin 18-nə planlaşdırılıb. Getji isə Makqreqoru döyüşə çağırsa da, hələlik ondan cavab gəlməyib.

Xəbər lenti

Çox oxunanlar