Xəzər Xəbər

Siyasətçilər özlərini karantinə aldı Ofisləri bağlandı

Dünya | 12:43 • 9 Mart 2020
Siyasətçilər özlərini karantinə aldı

ABŞ-ın Demokratlar Partiyasının senatoru Ted Kruz və Nümayəndələr Palatasının üzvü Paul Qosar özlərini karantinə alıb.

Siyasətçilər yeni tip koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün bu qərarı verdiklərini bildirib.

T.Kruz sözügedən şəxslə iki həftə əvvəl Merilənd ştatında təşkil olunan konfransda görüşdüyünü bildirib. Arizona senatoru P.Qosar da açıqlamasında koronavirusa yoluxan həmin şəxslə eyni konfransda üz-üzə görüşdüyünü deyib. O, Konqres binasındakı ofisinin həftə boyunca qapalı olacağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Mayk Pens və Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun qatıldığı toplantılarda koronavirusa yoluxma faktı aşkarlanmışdı.

Xatırladaq ki, ABŞ-da indiyə qədər 554 koronavirusa yoluxma faktı qeydə alınıb. 22 nəfər dünyasını dəyişib./publika.az

Xəbər lenti

Çox oxunanlar