Xəzər Xəbər

Suriyada türk-rus ortaq patrulu fəaliyyətə başlayır

Dünya | 12:17 • 9 Mart 2020
Suriyada türk-rus ortaq patrulu fəaliyyətə başlayır

Türkiyə və Rusiya hərbi qüvvələrinin Suriyanın İdlib şəhərində birgə patrul fəaliyyətinə hazırlıq sabahdan etibarən başlayacaq.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5 mart tarixində Türkiyə və Rusiya prezidentləri arasında əldə olunan razılıq çərçivəsində Rusiyanın hərbi heyəti ilə sabah toplantı keçiriləcək. Patrul fəaliyyəti isə 15 martdan etibarən başlayacaq.

Xəbər lenti