Xəzər Xəbər

Uhanda tikilən müvəqqəti xəstəxanaların əksəriyyəti bağlanıb

Dünya | 11:47 • 9 Mart 2020
Uhanda tikilən müvəqqəti xəstəxanaların əksəriyyəti bağlanıb

Stadionlarda və sərgi mərkəzlərində qurulan Uhan şəhərinin 14 müvəqqəti xəstəxanasından 11-i artıq bağlanıb.

"Epidemiya başladıqdan sonra Uhanın bır sıra stadion və sərgi mərkəzlərixəstəxanalara çevrilmişdi. Lakin, hal-hazırda xəstələrin çoxusağaldığı üçün onların əksəriyyəti bağlanıb”, - deyə Çinin mərkəzi televiziyası xəbər yayıb.

Qalan xəstələr isə xüsusi xəstəxanalara yerləşdirilib.

Qeyd etmək lazımdır ki, son günlər Uhanda epidemiya ilə bağlı vəziyyət getdikcə yaxşılaşır.

Xəbər lenti