Xəzər Xəbər

101 ölkədə koronavirus qeydə alınıb ÜST məlumat yaydı

Dünya | 09:38 • 9 Mart 2020
101 ölkədə koronavirus qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxma və ölmə halları ilə bağlı son statistikanı açıqlayıb. 3 610 koronavirusa yoluxma halı qeydə alıb, 71 nəfər ölüb.

XəzərXəbər xəbər verir ki, son gün ərzində dünyada 3 610 koronavirusa yoluxma halı qeydə alınıb, 71 nəfər ölüb.

Məlumata görə dünyada koronavirusa yoluxanların ümumi sayı 105 586 nəfərə çatıb.

Hazırda epidemiya dünyanın 101 ölkəsində qeydə alınıb.

Son 24 saat ərzində virus Bolqarıstan, Kosta-Rika, Moldova, Fransa Qvianası, Maldiv adaları, Malta və Farrer adalarında da aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar