Xəzər Xəbər

Zərifdən kritik koronavirus açıqlaması Trampa sərt sözlər

Dünya | 18:20 • 8 Mart 2020
Zərifdən kritik koronavirus açıqlaması

İranın Xarici İşlər naziri Məhəmməd Cavad ABŞ-ı İranın koronavirusa qarşı apardığı mübarizəsinə mane olmaqda ittiham edib.

Zərif Tvitter hesabında paylaşımında Trampın ünvanına sərt ifadələr işlədib.

"Vətəndaşlarımız öldüyü halda Donald Tramp İranın Covid-19-la mübarizəsində ehtiyac duyduğu mənbələrlə əlaqəsini kəsmək məqsədilə qanunsuz sanksiyaları qəsdən artırır. Dünya ABŞ-ın iqtisadi terrorizmi tibbi terrorizmə çevirməsinə səssiz qala bilməz", - deyə İran XİN rəhbəri qeyd edib.

Xəbər lenti

Çox oxunanlar