Xəzər Xəbər

Ərdoğan Brüsselə səfər edəcək

Dünya | 15:59 • 8 Mart 2020
Ərdoğan Brüsselə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Brüsselə səfər gedəcək.

Səfər çərçivəsində Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşəcək.

Görüşdə Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəliş, Gömrük Birliyi anlaşmasının yenilənməsi, qaçqınlar, Suriyanın şimalında təhlükəsiz şəhərin qurulması barədə mövzuların müzakirə ediləcəyi gözlənir./apa

Xəbər lenti

Çox oxunanlar