Xəzər Xəbər

Səhərlər qaragilə ye - Putindən Ərdoğana tövsiyə

Dünya | 15:40 • 8 Mart 2020
Səhərlər qaragilə ye -

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana immunitetinin qüvvətli olması üçün səhərlər qaragilə yeməsini tövsiyə edib.

Ötən gün Moskvaya səfəri zamanı Putin Ərdoğana səhər yeməyində qaragilə, yulaf və süddən istifadə etməsini məsləhət görüb. .

Xatırladaq ki, Ərdoğan bir müddət öncə açıqlamasında güclü olması üçün hər səhər tut bəkməzi yediyini söyləmişdi.

Jurnalistin "prezidentin virusdan qorunması üçün xüsusi tədbiri varmı" sualına Ərdoğan belə cavab vermişdi: "Bir tövsiyəm var. Qidalarınıza diqqət edin. Xəstəliyə qarşı xüsusi tədbirimiz varmı soruşsanız, inanın ki, elə bir tədbir yoxdur. Vücudu güclü tutmalıyıq. Bizim bəzi dostlar sağ olsunlar, arada tut bəkməzi göndərirlər. Mən hər səhər bir qaşıq tut bəhməzi qəbul edirəm. Çünki orqanizmdə qan yaradır. Əsasən Ərzurumdan gəlir"./teleqraf

Xəbər lenti