Xəzər Xəbər

Prezident ölkəsini “deşilmiş gəmi” adlandırdı

Dünya | 14:15 • 8 Mart 2020
Prezident ölkəsini “deşilmiş gəmi” adlandırdı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsini deşilmiş gəmiyə bənzədib.

İngiltərənin "Qardian" qəzetinə müsahibə verən Zelenski Ukraynada davamlı olaraq ortaya çıxan problemləri gəmilərdə yaranan dəliyə, problemlərin həll edilməsi işlərini isə "dəlikləri bağlamaq cəhdi"nə bənzədib.

Zelenski "Hər yerdə dəliklər var və onları əllərinlə və ayaqlarınla bağlamağa çalışırsan. Biz belə yaşayırıq. Dəlikləri bağlayırıq", - deyə bildirən zaman isə jurnalist Ukraynanın "batan gəmiyə" bənzədiyini söyləyib.

Prezident jurnalistə cavab olaraq "Ancaq biz batmırıq” deyib./axar.az

Xəbər lenti

Çox oxunanlar