Xəzər Xəbər

Ərdoğan Putinin diqqətinə çatdırdı: Hərbi gücdən istifadə...

Dünya | 12:48 • 8 Mart 2020
Ərdoğan Putinin diqqətinə çatdırdı:

Rusiya ilə Türkiyə arasında imzalanan atəşkəs müqaviləsi insanların həyatını xilas edəcək və İdlibdən yeni miqrant dalğasının qarşısını alacaq.

Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Rusiya-Türkiyə arasında İdliblə bağlı əldə edilmiş atəşkəs razılaşması haqqında danışarkən deyib.

"Bu atəşkəs rejiminin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Daha əvvəl əldə edilən bütün razılaşmaları pozan rejimin bu anlaşmanı da pozmasına imkan verməyəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rejimin İdlibdən çıxarılmasının vacibliyini Rusiya tərəfinə çatdırdı. Rejimin bu bölgədən çıxarılması faciəvi hadisələrin azalması deməkdir. Cənab Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin atəşkəsin əldə edilməsi və siyasi həll yolu ilə bağlı atılacaq ən yaxşı addım üçün danışıqları davam etdirməkdə həmfikir oldular.

Türkiyə Suriyadakı günahsız insanların və özünün milli təhlükəsizliyini qorumaq üçün bütün hərbi vasitələrdən istifadə edəcəyini bildirib. Rejimin təxribat xarakterli hücumlarının qarşısı alınacaq. Rejim insanları öldürərək səbəb olduğu fəlakətlərdən çıxış yolu axtara bilməz”, – F. Altun bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət bütün diqqətini bölgədəki bu böhrana yönəltməli və ortaya çıxan yükü paylaşmalıdır:

"Atəşkəsin əldə edilməsi problemlərin bitdiyi anlamına gəlmir. Əksinə, dayanıqlı və davamlı beynəlxalq humanitar yardımlara ehtiyac var. Üç milyondan artıq insan İdlibdə sıxışdırılır. Avropa bölgədəki humanitar böhranın hərtərəfli və effektiv həlli üçün hərəkətə keçməlidir. AB Türkiyəyə qarşı tədbirlər görməkdənsə, İdlibdəki humanitar böhrana son vermək üçün bizimlə əməkdaşlıq etməlidir”./axar.az

Xəbər lenti

Çox oxunanlar