Xəzər Xəbər

"Kanal İstanbul"un gəliri açıqlandı: 181 milyard... - Çılğın layihə

Dünya | 12:43 • 8 Mart 2020
"Kanal İstanbul"un gəliri açıqlandı:

"Kanal İstanbul" layihəsinin gəliri açıqlanıb.

69,9 milyarda başa gələcək layihədən 10 ildə 181,5 milyard lirə gəlir əldə ediləcək.

Kanal ətrafındakı 100 kvadrat metrlik ərazinin qiyməti isə 600 min türk lirəsi dəyərində olacaq.

Bildirilir ki, layihənin 10 illik gəlir planına əsasən, gəmi yolundan 60 milyard, logistika mərkəzləri, limanlardan 15 milyard, ev və ticarət layihələrindən isə 106,48 milyard lirə gəlir nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni "Çılğın layihə” adlandırıb./axar.az

Xəbər lenti

Çox oxunanlar