Xəzər Xəbər

Tu-142-lər Britaniya sərhədində: Qırıcılar qaldırıldı

Dünya | 12:34 • 8 Mart 2020
Tu-142-lər Britaniya sərhədində:

Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Tayfun” qırıcıları ölkənin maraq dairəsi zonasına daxil olan Rusiyanın Tu-142 təyyarələrini müşayiət etmək məqsədilə havaya qaldırılıb.

Bu barədə Kral Hərbi Hava Qüvvələri rəsmi açıqlama yayıb.

"Hər an uçuşa hazır vəziyyətdə olan "Tayfun” qırıcıları Lossimut və Koninqsbikəki bazalardan havaya qaldırlıb. Bu, Britaniya hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə bir cavab addımı idi”, - məlumatda qeyd olunub.

Lossimut bazasının Tvitter səhifəsində Rusiya təyyarələrinin Britaniya hava məkanını pozmadığı bildirilib.

"Skay Nyus” kanalı isə Britaniyanın iki rus təyyarəsinə görə 6 "Tayfun” və 1 "Voyager” yanacaqdaşıyan təyyarələrinin qaldırıldığını yazıb./axar.az

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024