Xəzər Xəbər

Dəməşqdə DƏHŞƏTLİ HADİSƏ: Onlarla ölü və yaralı var

Dünya | 10:46 • 8 Mart 2020
Dəməşqdə DƏHŞƏTLİ HADİSƏ:

Suriyanın paytaxtı Dəməşqdə yanacaq daşıyan yük maşını ilə iki sərnişin avtobusunun toqquşması nəticəsində 30 nəfər həyatını itirib. Onlarla insan xəsarət alıb.

Əvvəlcə Dəməşq-Hələb marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşub. Ardınca həmin yolda hərəkət edən digər sərnişin avtobusu da qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılıb. Qəzanın səbəbləri araşdırılır./publika.az

Xəbər lenti

Çox oxunanlar