Xəzər Xəbər

Çinin xarici ticarəti 11 faiz azalıb

Dünya | 22:18 • 7 Mart 2020
Çinin xarici ticarəti 11 faiz azalıb

Çin Xalq Respublikasının xarici ticarəti yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.


Xezerxeber.az xəbər verir ki, Çin Baş Gömrük Administrasiyası bu barədə məlumat yayıb.


Bildirilir ki, azalmaya səbəb Çində yeni tip koronavirus (COVID-19) epidemiyasının iqtisadiyyata mənfi təsiridir. Hesabat dövründə Çinin ixracı 17,2 faiz, idxalı isə 4 faiz azalıb. Xarici ticarətdə mənfi saldo 7,09 milyard dollar olub. Halbuki, ötən ilin eyni dövründə xarici ticarətdə müsbət saldo (41,5 milyard dollar) qeydə alınmışdı.

Cari ilin ilk iki ayının nəticələrinə əsasən, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri Çinin xarici ticarətində ilk yeri tutub. Çinin "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti isə 1,8 faiz artıb. Ölkənin əsas ticarət tərəfdaşları olan Avropa İttifaqı ilə ticarət 14,2 faiz, ABŞ ilə 19,6 faiz, Yaponiya ilə isə 15,2 faiz azalıb.

Xəbər lenti

Çox oxunanlar